Şirvanda quşçuluq təsərrüfatına məxsus tikili yanıb.
NOCOMMENT.az xəbər verir ki, Şirvan şəhərində quşçuluq təsərrüfatına məxsus tikilidə yanğın baş verib.
Hadisə şəhərin Çılpaqlı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakininə məxsus tikilidə naməlum səbəbdən anidən yanğın başlayıb.Yanğın barədə dərhal Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Hissəsinə məlumat verilib. Hadisə yerinə yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub. Yanğın qısa müddətdə söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Məlumata görə, yanğın zamanı tikilidə quş olmayıb. Yanğının başvermə səbəbləri araşdırılır.