AZ

Çin ABŞ-nin ən böyük vergi ödəyicilərindən birinə çevrilib -Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun administrasiyası tərəfindən tətbiq edilən gömrük rüsumları sayəsində Çin ABŞ büdcəsi üçün ən böyük gəlir mənbələrindən birinə çevrilib.

Redaktor.az xəbər verir ki, bu barədə o, Miçiqan ştatının Detroit şəhərində çıxışı zamanı deyib.

“Çin hazırda bizim ən böyük vergi ödəyicilərimizdən biridir. Siz inanırsınız, belə bir şeyi eşidəcəyinizi?”, – deyə Tramp bildirib.

O əlavə edib ki, faktlar göstərir ki, rüsumları amerikalı istehlakçılar deyil, xarici dövlətlər və vasitəçilər ödəyir. ABŞ Maliyyə Naziri Skott Bessent artıq bu məsələni bizimlə müzakirə edib: rüsumları vasitəçilər ödəyir.

Xədicə BAXIŞLI

Seçilən
41
redaktor.az

1Mənbələr