AZ

Tramp amerikalıları və müttəfiqlərini İranı tərk etməyəÇAĞIRDI

ABŞ vətəndaşları və ölkənin müttəfiqləri dərhal İranı tərk etməlidirlər.

Redaktor.az xəbər verir ki, CNN telekanalına istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Detroytdakı "Ford" şirkətinin avtomobil zavoduna səfəri zamanı bildirib.

"Mən deyərdim ki, İrandan getmək pis fikir deyil", - deyə o, ABŞ vətəndaşlarının İranı tərk etməsinin zəruriliyi barədə suala cavab verib.

Jurnalistlərin "Truth Social"da "Yardım artıq yoldadır" sözlərinin nəyi nəzərdə tutduğu sualına ABŞ lideri cavab verib: "Bağışlayın, siz bunu özünüz müəyyənləşdirməli olacaqsınız".

Dekabr ayının sonunda İslam Respublikasında dərin iqtisadi böhran fonunda bu günə qədər səngimək bilməyən kütləvi etirazlar başlayıb. Tramp bundan əvvəl ABŞ-nin ölkədəki nümayişlər fonunda İrana zərbələr endirə biləcəyini istisna etməyib.

Seçilən
53
redaktor.az

1Mənbələr