AZ

Yaponiya valyutası ucuzlaşıb

ain.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yen dollara qarşı ən aşağı səviyyəyə düşüb

Yaponiya yeni dollara qarşı 2024-cü ilin iyul ayından bəri ən aşağı səviyyəyə düşüb. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Buna Yaponiyanın Baş naziri Sanae Takaiçinin erkən seçkilər təyin etməyi planlaşdırdığı barədə şayiələr səbəb olub. Nəticədə, 13 yanvar çərşənbə axşamı günü Yaponiya valyutası yarım faiz ucuzlaşaraq bir dollar üçün 158,91 yenə düşüb.

Bildirilib ki, yen 2025-ci ildə G10 ölkələri arasında ən pis göstəricini göstərib və dollara qarşı cəmi 0,3 faiz möhkəmlənib. Bəzi analitiklər yenin 2026-cı ilin sonuna qədər 1 dollar başına 160 yenə və ya daha yüksək səviyyəyə qədər zəifləyəcəyini proqnozlaşdırırlar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
ayna.az

1Mənbələr