Şotlandiya yığmasının 21-ci əsrdə ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanması ölkədə böyük sevincə səbəb olub. Bu uğur hökumət miqyasında da dəyərləndirilib.
"Football-plus.az" xəbər verir ki, Şotlandiyanın Baş naziri Con Svini bu münasibətlə yığmanın mundialdakı ilk oyun gününün ölkə üzrə ümumxalq istirahət günü elan edildiyini açıqlayıb.
Xatırladaq ki, Şotlandiya sonuncu dəfə mundialda 1998-ci ildə iştirak edib. Britaniyalıların ilk rəqibi olacaq Haiti isə 1974-cü ildən sonra dünya çempionatında iştirak etməyib. Şotlandiya Haiti ilə iyunun 15-də qarşılaşacaq. Şotlandlar qrup mərhələsində Mərakeş və Braziliya yığmaları ilə də mübarizə aparacaqlar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta