Mia.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Super Kubok matçında baş verənlərə görə"Fənərbağça"nın oyunçuları Con Duran, Ceyden Oostervulde ilə yanaşı, "Qalatasaray" oyunçusu Mario Leminanı cəza gözləyir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Futbol Federasiyası açıqlama yayıb.
Açıqlamada deyilir ki, adıçəkilən oyunçular matçla bağlı sosial media hesablarında təhqiramiz paylaşımlar ediblər: "Onlar təhqiramiz məzmunlu mesajları ilə idman mübarizəsinə yaraşmayan davranışlar nümayiş etdiriblər. Bu səbəbdən onların əməlinə qiymət verilməsi üçün Peşəkar Futbol İntizam Şurasına (PFDK) materaillar göndərilib"
Fərid ASLAN
MİA.AZ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.