AZ

EIA Azərbaycanda neft hasilatı ilə bağlı 2026-2027-ci illəri əhatə edən proqnozunu açıqlayıb

Bakı. Trend:

Azərbaycanda neft və digər maye karbohidrogenlərin hasilatınınhəm 2026, həm də 2027-ci illərdə orta hesabla sutkada 0,54 milyonbarel təşkil edəcəyi gözlənilir.

Trend bu barədəABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) 2026-cı ilinyanvar ayı üçün qısamüddətli enerji proqnozuna istinadən məlumatverir.

Proqnoza əsasən, bu göstərici 2025-ci il üçün qiymətləndirilənsutkada 0,57 milyon barel səviyyəsi ilə müqayisədə azalacaq.

Rüblər üzrə bölgüdə EIA 2025-ci ildə Azərbaycanda mayekarbohidrogenlərin hasilatını birinci və ikinci rüblərdə sutkada0,57 milyon barel, üçüncü və dördüncü rüblərdə isə 0,56 milyonbarel səviyyəsində qiymətləndirir.

EIA-nın hesablamalarına görə, 2026-cı ildə hasilat birinci rübdəorta hesabla sutkada 0,55 milyon barel olacaq, ikinci rübdə 0,54milyon barelə, üçüncü və dördüncü rüblərdə isə 0,53 milyon bareləenəcək.

Oxşar dinamika 2027-ci il üçün də proqnozlaşdırılır: birincirübdə hasilatın sutkada 0,55 milyon barel, ikinci rübdə 0,54 milyonbarel, ilin ikinci yarısında isə 0,53 milyon barel səviyyəsindəolacağı gözlənilir ki, bu da orta illik göstəricinin sutkada 0,54milyon barel olmasını təmin edəcək.

Bu arada, Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə,hesabat dövründə ölkədə qaz kondensatı da daxil olmaqla 27,7 milyonton neft hasil edilib. Bu həcmin 16,2 milyon tonu“Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlarının, 3,8 milyon tonu“Şahdəniz”in, 0,6 milyon tonu “Abşeron” yatağının, 7,1 milyon tonuisə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb.

Hesabat dövründə qaz kondensatı da daxil olmaqla 23,1 milyon tonneft ixrac edilib. Bu həcmin 20 milyon tonu konsorsiumların, 2,5milyon tonu SOCAR-ın, 0,6 milyon tonu isə JOCAP-ın payınadüşüb.

Seçilən
73
az.trend.az

1Mənbələr