AZ

Yaxın saatlarda müharibə başlayacaq: İrana belə hücum ediləcək KİV

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-ın yaxın 96 saat ərzində İrana qarşı mümkün hərbi əməliyyat planlaşdırdığı iddia edilir. 

Globaıinfo.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

Qeyd olunur ki, Yaxın Şərqdəki məlumatlı mənbəyə istinadən yayılan xəbərə görə, potensial hədəflər sırasında İran ərazisində yerləşən hərbi və təhlükəsizlik obyektləri yer ala bilər.

Məlumata əsasən, mümkün hədəflər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahı, eləcə də ölkənin müxtəlif bölgələrində yerləşən Bəsic qüvvələrinə məxsus bazalar göstərilir.

Zərbələrin dəqiq idarə olunan qanadlı raketlərdən istifadə edilməklə həyata keçirilməsi ehtimal olunur.

Bununla yanaşı, mənbələr əməliyyatla bağlı yekun qərarın hələ verilmədiyini vurğulayır. Mümkün hərbi addımın miqyası, intensivliyi və müddəti barədə də konkret məlumat açıqlanmayıb.

Bu iddialar ABŞ prezidenti Donald Trampın İranda davam edən etirazlarla bağlı çağırışından bir neçə saat sonra səsləndirilib. Tramp etirazçıları aksiyaları davam etdirməyə çağıraraq “kömək yoldadır” ifadəsini işlədib. O, həmçinin, qətllər dayandırılana qədər İran rəsmiləri ilə bütün görüşlərin ləğv edildiyini bəyan edib.

Qeyd edək ki, dünəndən ABŞ-a məxsus təyyarələr İran yaxınlığında uçuşlar həyata keçirir, Trampın isə bu gün İran xalqını hökumət binalarını dağıtmağa çağırmışdı

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
globalinfo.az

1Mənbələr