İranda hüquq-mühafizə orqanları ölkə boyu 297 etirazçını saxlayıb.
“Azreform.info ” xəbər verir ki, bu haqda “IRIB” məlumat yayıb.
“Dini, dövlət və ictimai qurumların dağıdılmasında iştirak edən, həmçinin təhlükəsizlik əməkdaşlarına qarşı terror aktları törətmiş 297 üsyançı saxlanılıb”, - agentlik bildirib.
Xatırladaq ki, İranda dekabrın 28-də milli valyutanın dəyərdən düşməsi ilə başlayan etirazlar hələ də davam edir.