ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində iranlılara səslənib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İran rəsmiləri ilə bütün görüşləri ləğv etdiyini bildirib:
“İranlı vətənpərvərlər, etirazları davam etdirin, qurumlarınızı ələ keçirin! Qatillərin və zorakılıq edənlərin adlarını qeyd edin. Onlar etdiklərinin cəzasını çəkəcəklər. Etirazçıların mənasız şəkildə öldürülməsi dayanana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv etmişəm. Yardım yoldadır”.
Qeyd edək ki, İranda dekabrın 28-də başlayan və artıq 17-ci günündə olan etirazlarda ölənlərin sayı artmaqda davam edir. Qeyri-rəsmi məlumata görə, etirazlarda iki minə yaxın insan həyatını itirib.
İbrahim Cəfərov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.