AZ

Tramp İran xalqına SƏSLƏNDİ: “Etirazları davam etdirin”

“Bütün iranlı vətənpərvərlərə: etirazları davam etdirin. Mümkünsə, öz qurumlarınızı ələ keçirin. Və sizə zülm edən qatillərin və zorakılıq törədənlərin adlarını yadda saxlayın”.

Paralel.az xəbər verir ki , bu barədə ABŞ Prezidenti Donald Tramp Detroytda jurnalistlərlə söhbətində bildirib.

“Əgər rəqəmlər doğrudursa, sizdən çox ciddi şəkildə sui-istifadə olunur. Mən beş fərqli rəqəm eşitmişəm.

Hətta bir nəfərin ölümü belə artıqdır. Və mən deyirəm: İranı yenidən böyük edək, başa düşürsünüz? Bu ölkə böyük idi, ta ki bu canavarlar gəlib onu ələ keçirənə qədər”, - Tramp deyib.

Seçilən
34
2
paralel.az

3Mənbələr