AZ

80 ildə ilk dəfə ölüm səviyyəsi doğumu üstələdi- BU ÖLKƏDƏ

Ajans.az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (INSEE) illik demoqrafik hesabatına istinadən məlumat yayıb. Məlumata görə, ötən il Fransada 645 min nəfər doğulub, 651 min nəfər isə dünyasını dəyişib. Bu, 1942-ci ildən bəri ən aşağı göstərici olub.

Bildirilir ki, ölkənin 69.1 milyon nəfər təşkil edən əhalisinin sayı sırf miqrasiya hesabına artmağa davam edir.

Seçilən
83
2
Ajans.az

3Mənbələr