AZ

O axmaq idi Tramp Baydeni belə təqlid etdi

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Detroytda keçirilən çıxışı zamanı Ağ Evin keçmiş rəhbəri Co Baydenin öskürəyini təqlid edib.

Globalinfo.az xəbər verir ki, Tramp çıxışı zamanı auditoriyaya müraciət edərək “Heç Co-nun danışmağa başlamazdan əvvəl həmişə öskürdüyünü görmüsünüzmü?” sualını verib və daha sonra Baydenin öskürəyini parodiya edib.

ABŞ Prezidenti çıxışında Baydeni Ukrayna siyasətinə görə də sərt tənqid edib. Trampın sözlərinə görə, Bayden Ukraynaya 350 milyard dollar ayırıb və bu vəsaitin necə xərcləndiyinin məlum olmadığını bildirib.

“O, bu pulu axmaq kimi xərclədi. O, axmaq idi”, – deyə Tramp vurğulayıb.

Tahir Turan

Globakinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
globalinfo.az

1Mənbələr