AZ

Cəlilabadda yol qəzası olub

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Cəlilabadda yol qəzası olub. Belə ki, hadisə rayonun Bədirli kəndində baş verib. Babaxanlı kənd sakini Zeynalov Ziyatay Uruf oğlu idarə etdiyi avtomobillə Bədirli kəndindən olan Əliyev Xudu Abdulla oğlunu vurub. Hadisə nəticəsində xəsarət alan şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Qeyd edək ki, Zeynalov Ziyatay Uruf oğlu Babaxanlı kənd orta məktəbinin direktoru vəzifəsində çalışır.

Mətləb

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
79
2
sia.az

10Mənbələr