İranda hökumət əleyhinə etirazlar zamanı ölənlərin sayı gözləniləndən xeyli yüksək ola bilər.
Bu barədə “CBS News” telekanalının yaydığı məlumatda bildirilib.
Kanalın mənbələrinə istinadən verdiyi xəbərə görə, indiyədək ən azı 12 min nəfər həlak olub, real rəqəmin isə 20 minə qədər yüksəlməsi ehtimal edilir.
“CBS News” qeyd edir ki, təqdim olunan rəqəmlər müxtəlif mənbələrdən toplanan məlumatlara əsaslanır və ölkə daxilində rəsmi statistikanın açıqlanmaması səbəbindən itkilərin dəqiq sayı hələlik təsdiqlənməyib.
//Globalinfo.az