AZ

Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın sərt tənqidlərinə məruz qalanFederal Ehtiyat Sisteminin müstəqilliyinin zəifləməsi ilə bağlınarahatlıqlar fonunda Yaponiyada qızılın qiyməti rekord səviyyəyəqalxıb.

Trend xəbər verir ki, ölkəninaparıcı qiymətli metal ticarəti şirkətlərindən olan “TanakaKikinzoku” qızılın bir qramı üçün qiyməti 26 000 yen, yəni 163 ABŞdolları olaraq müəyyənləşdirib.

Bundan əlavə, “Comex” birjasında (Nyu-York əmtəə birjasınınbölməsi) 2026-cı ilin fevralında tədarük olunmaqla qızılfyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 600 dollaraçataraq yeni tarixi rekorda imza atıb.

Seçilən
68
1
az.trend.az

2Mənbələr