Qazax, 13 yanvar, Ruslan Novruzoğlu, AZƏRTAC
Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını yük avtomobilinə arxadan çırpılıb. Qəza zamanı K.Salmanov hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.