AZ

Qızılın qiymətləri yenidən tarixi maksimumu yeniləyib

Yaponiyada bir qram qızılın dəyəri 26 min iyenanı ötərək rekord səviyyəyə yüksəlib...

Poliqon xəbər verir ki, Yaponiyada qızılın qiyməti tarixi maksimumu yeniləyib. TASS Agentliyinin məlumatına görə, ölkədə bir qram qızılın qiyməti 26 min iyenanı (təxminən 12,8 min rubl) keçərək indiyədək qeydə alınmış ən yüksək səviyyəyə çatıb.

Bildirilib ki, Yaponiyada qiymətli metalların aparıcı satıcılarından biri olan Tanaka Kikinzoku bu artımı investorların qızıla artan marağı ilə izah edir. Şirkətin açıqlamasında qeyd olunur ki, ABŞ Federal Ehtiyat Sisteminin (FES) müstəqilliyinin zəifləyə biləcəyi ilə bağlı narahatlıqlar fonunda investorlar qızılı daha etibarlı aktiv kimi dəyərləndirirlər. Xüsusilə ABŞ prezidenti Donald Trampın FES rəhbərliyini sərt tənqid etməsi bazarlarda qeyri-müəyyənliyi artırır və bu da qızılın qiymətinə əlavə təkan verir.

Xatırladılır ki, bundan əvvəl də qızılın qiymətləri beynəlxalq bazarlarda rekord həddə yüksəlib. Belə ki, COMEX birjasında dekabrın 23-də qızılın bir troy unsiyasının qiyməti 2,57 faiz artaraq 4500,2 ABŞ dollarına (təxminən 354 min rubl) çatıb və tarixi maksimumu yeniləyib.

Analitiklər hələ ötən ilin noyabrında qızılın qiymətində yeni rekordların qeydə alınacağını proqnozlaşdırmışdılar. Məlumatlara görə, cari ilin əvvəlində də qiymətli metalın bahalaşma tendensiyası davam edib və bazar iştirakçıları yaxın dövrdə qızılın dəyərinin yenidən tarixi maksimumu yeniləyə biləcəyini istisna etmirlər.

Poliqon.info

Seçilən
27
poliqon.info

1Mənbələr