AZ

Yuxu keyfiyyətinə görə xroniki xəstəlikləri proqnozlaşdıran Sİ modeli istifadəyə verilib

ain.az bildirir, Bizimyol portalına istinadən.

Hindistanlı alimlər yuxu keyfiyyətinin təhlili əsasında xroniki xəstəliklərin erkən inkişafını proqnozlaşdıran unikal bir süni intellekt (Sİ) modelini hazırlayıblar.

Bizimyol.info xəbər verir ki, Hindistanın "Mint" qəzetində yayılan məlumata görə, bu model 65 min xəstənin 585 min saatlıq yuxu məlumatlarını təhlil edərək, ürək tutmaları, demensiya (ağıl geriliyi) və digər xəstəliklərin inkişafını dəqiq proqnozlaşdırmağa imkan verir.

Sistemdə yuxu zamanı xəstənin beyin dalğaları (entsafalogramma), ürək və nəfəs alışı haqqında məlumatlar qeyd edilir. Bu məlumatların təhlili nəticəsində, sistem gələcəkdə xəstədə kardioloji, nevroloji, endokrinoloji, psixoloji və digər xəstəliklərin inkişaf ehtimalını müəyyən edir.

Bu texnologiyanın kiçik şəhərlər və kəndlərdə geniş tətbiqi, tibbi prosedurlara çətinliklə çıxışı olan insanlara yardım edə bilər. Gələcəkdə isə, bu texnologiya rəqəmsal dispanserizasiya üçün əsas ola bilər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
133
bizimyol.info

1Mənbələr