AZ

TRAMPDAN İRAN XALQINA ÇAĞIRIŞ. ETİRAZLARI DAVAM ETDİRİN, YARDIM YOLDADIR » AzadMedia.az

TRAMPDAN


ABŞ Prezidenti Donald Tramp iranlıları etirazları davam etdirməyə çağırıb və konkret detalları açıqlamadan yardımın yolda olduğunu bildirib. BU barədə reuters agentliyi məlmat yayıb. məlumata görə Tramp “Truth Social” platformasında paylaşımında iranlılara müraciət edərək, “Etirazları davam etdirin, institutlarınızı nəzarətə götürün. Yardım yoldadır”, – deyə qeyd edib. O, etirazçılara qarşı zorakılıqlar dayandırılmayana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv etdiyini də vurğulayıb.

Buna parale olaraaqcABŞ prezidenti Donald Tramp İran hakimiyyətinin bu həftə hökumət əleyhinə etirazçıları edam etməyə başlayacağı təqdirdə çox sərt addımlar atacağını bildirib. Bu barədə “CBSnews” məlumat verib. “Biz çox sərt addımlar atacağıq. Əgər belə bir şey etsələr, çox sərt addımlar atacağıq”, - Tramp bildirib. Tramp etirazların iki həftədən artıq davam etdiyi müddətdə kifayət qədər böyük sayda insanın öldürüldüyündən xəbərdar olduğunu deyib. İran xalqına yardımla bağlı isə Tramp bunları deyib: “Gələn kömək çoxdur və fərqli formalarda olacaq. Bu yardımlara iqtisadi yardım da daxildir”.
Bununla belə Səudiyyə Ərəbistanı, Oman və Qətər İranda davam edən etirazlar fonunda ABŞ-ı İrana qarşı mümkün hücumdan çəkindirməyə çalışırlar. Körfəz ölkələri belə bir addımın neft bazarlarında ciddi qeyri-sabitliyə və ABŞ iqtisadiyyatına zərər verəcəyindən narahatdır. Onlar xüsusilə Hörmüz boğazında neft daşımalarının pozula biləcəyini vurğulayırlar. Səudiyyə Ərəbistanı isə münaqişəyə qoşulmayacağını və ABŞ-a öz hava məkanından istifadə etməyə icazə verməyəcəyini bildirib.

Ağır iqtisadi vəziyyət fonunda başlayan etirazlar ən azı son üç ildə İran hakimiyyəti üçün ən ciddi daxili çağırış kimi qiymətləndirilir. Bu proses ötən il İsrail və ABŞ-ın zərbələrindən sonra Tehrana qarşı beynəlxalq təzyiqlərin artdığı dövrə təsadüf edir.

Trampın bəyanatından sonra İranın təhlükəsizlik qurumlarına yaxın biri olan Əli Laricani sosial şəbəkə X-də ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunu İran xalqının “əsas qatilləri” adlandırıb.

İran rəsmilərindən biri bildirib ki, etirazlar zamanı təxminən 2 min nəfər həyatını itirib. Bu, iki həftədən artıqdır davam edən ümumölkə etirazları ilə bağlı hakimiyyətin ilk dəfə rəsmi ümumi ölüm sayını açıqlamasıdır. Lakin ölənlərin statusu barədə bölgü təqdim olunmayıb.

ABŞ-da yerləşən hüquq müdafiə təşkilatlarının məlumatına görə, təsdiqlənmiş 2 003 ölüm faktından 1 850-si etirazçılara aiddir. Təşkilat həmçinin 16 784 nəfərin saxlanıldığını açıqlayıb ki, bu da əvvəlki günlərlə müqayisədə ciddi artım deməkdir.

Donald Tramp İranla ticarət əlaqəsi olan ölkələrdən idxal edilən məhsullara 25 faiz rüsum tətbiq ediləcəyini bəyan edib. O, İran hakimiyyətinə qarşı əlavə hərbi variantların da gündəmdə olduğunu bildirib.

Tehran Trampın tarif qərarına hələlik rəsmi münasibət bildirməsə də, bu addım Çin tərəfindən sərt tənqid olunub. qeyd edək ki ABŞ sanksiyaları altında olan İran neftinin böyük hissəsini məhz Çinə ixrac edir. Türkiyə, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Hindistan da İranın əsas ticarət tərəfdaşları sırasındadır.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, etirazlar davam etdiyi müddətdə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff ilə əlaqələr saxlanılıb və Vaşinqtonun təqdim etdiyi ideyalar hazırda Tehran tərəfindən nəzərdən keçirilir.

Eyni zamanda Böyük Britaniya, Fransa, Almaniya və İtaliya etirazların zorakılıqla yatırılmasına etiraz olaraq İran səfirlərini Xarici İşlər nazirliklərinə çağırıblar.

Almaniya Xarici İşlər Nazirliyi açıqlamasında İran hakimiyyətinin öz xalqına qarşı sərt və qəddar davranışlarını “şok edici” adlandırıb. Almaniya kansleri Fridrix Merts isə İran hökumətinin süquta yaxınlaşdığını düşündüyünü bildirib və zorakılıq yolu ilə hakimiyyətin saxlanılmasının sistemin sonunu göstərdiyini deyib.

İran tərəfi bu fikirləri rədd edərək Almaniyanı ikili standartlarda ittiham edib.

xatırladaq ki, etirazlar dekabrın 28-də milli valyutanın kəskin dəyər itirməsi ilə başlayıb və sonradan dini hakimiyyətin istefası tələbləri ilə genişlənib. Hakimiyyət etirazlara qarşı həm sərt təhlükəsizlik tədbirləri görür, həm də iqtisadi narazılıqları formal olaraq legitim saydığını bildirir.

İnternet və rabitə məhdudiyyətləri ölkədən məlumat axınını xeyli zəiflədib. BMT-nin İnsan Hüquqları Ofisi telefon əlaqəsinin bərpa edildiyini, lakin internetin hələ də qeyri-sabit olduğunu açıqlayıb.

Seçilən
140
7
azadmedia.az

5Mənbələr