AZ

Vətən müharibəsi şəhidinin atası vəfat etdi -

Vətən müharibəsi şəhidi leytenant Murtuz Abbasovun atası vəfat edib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin atası Çingiz Abbasov yaşadığı Lerik rayonunda dünyasını dəyişib.

Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.

Qeyd edək ki, M.Abbasov 1998-ci ildə Lerik rayonunun Soru kəndində anadan olub. Binəqədi rayonu Sulutəpə qəsəbəsində 313 saylı orta məktəbdə təhsil alıb. Daha sonra Dövlət Sərhəd Xidmətinin Akademiyasına daxil olan Murtuz 2020-ci ildə ali hərbi təhsilini başa vuraraq leytenant kimi Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında taqım komandiri kimi xidmətə başlayıb.

O, 22 oktyabr 2020-ci il tarixdə Zəngilan rayonu ərazisində Vejnəli qızıl mədəninin qaytarılması üçün Sığırt yüksəkliyi istiqamətində hərəkət edərkən bölüyü ilə birlikdə düşmən pusqusuna düşüb. Bu zaman leytenant Abbasov 6 nəfər yoldaşı ilə birlikdə döyüşü öz üzərlərinə çəkərək bölüyün qalan heyətinin atəş altından çıxmasına şərait yaradıb. 30 nəfərin yaralandığı döyüşdə Murtuzla birlikdə bölüyün daha 6 hərbçisi qəhrəmancasına şəhid olub.

Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Seçilən
20
4
metbuat.az

5Mənbələr