AZ

“Traktor” keçmiş futbolçusu və xanımı öldürüldü Cütlük etirazlara qatılmışdı FOTO

Bakupost portalından verilən məlumata əsasən, ain.az bildirir.

İranda davam edən etiraz aksiyaları zamanı Təbrizin “Traktor” klubunun (2009–2011) keçmiş futbolçusu Müctəba Tarşizin həyat yoldaşı ilə birlikdə öldürüldüyü bildirilir.Bakupost.az xəbər verir ki. sosial şəbəkələrdə, xüsusilə Telegram və “X” platformalarında yayılan məlumatlara görə, hadisə Təbrizdəki aksiyalar zamanı təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında yaşanan qarşıdurma zamanı baş verib. Paylaşımlarda Müctəba Tarcizin və həyat yoldaşının odlu silahla qətlə yetirildiyi bildirilir.Məlumatlarda vurğulanır ki, ölkənin tanınmış futbolçulardan Müctəba Tarşiz bir müddət əvvəl Təbriz “Traktor” klubunun heyətində çıxış edib.Hazırda hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən açıqlama verilməyib. Sosial şəbəkələrdə isə hadisənin detalları ilə bağlı fərqli versiyalar yayılmaqdadır.İranda etiraz aksiyaları fonunda son günlər ölənlərin sayı ilə bağlı məlumatlar artmaqda davam edir.Cütlüyün iki qızı var.Cavid, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
94
1
www.bakupost.az

2Mənbələr