AZ

"İran qlobal internetdən ayrılmağa hazırlaşır" - KİV

İran hakimiyyəti ölkəni qlobal internetdən ayırmaq planlarını həyata keçirməyə başlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Məlumata görə, ilk mərhələdə icazə verilən veb resurslardan ibarət “ağ siyahı” yaradılır.

Siyahıya milli axtarış sistemləri, xəritə xidmətləri, mesajlaşma tətbiqləri və yalnız dövlət senzurasından keçmiş videoları yayımlayan daxili platformalar daxil edilib. Rəqəmsal hüquqlar üzrə ekspert Əmir Rəşidi bildirib ki, İranda artıq hökumətin nəzarətində olan və qlobal şəbəkədən faktiki olaraq ayrılmış daxili internetin məhdud versiyası fəaliyyət göstərir.

Qeyd edək ki, dekabrın sonlarında başlayan kütləvi etirazlar fonunda yanvarın 8-də ölkə üzrə internetin bağlanması barədə qərar qəbul edilib. Etirazlara milli valyutanın dəyərdən düşməsi və qiymətlərin artması səbəb olub.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
113
missiya.az

1Mənbələr