AZ

Türkiyə Kuboku: “Qalatasaray”ın səfər qələbəsi

Bakı, 14 yanvar, AZƏRTAC

Futbol üzrə Türkiyə Kubokunda II turun oyunları keçirilir.

AZƏRTAC xəbər verir ki, A qrupunda “Fəthiyəspor” “Qalatasaray”ı qəbul edib. Gərgin və maraqlı keçən görüş İstanbul klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hər üç qol ikinci hissədə vurulub.

Aktivində 6 xalı olan “Qalatasaray” turnir cədvəlinə başçılıq edir.

Seçilən
107
azertag.az

1Mənbələr