Bakı. Trend:
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13)hazırlıq çərçivəsində həyata keçirilən Könüllülük Proqramı üzrəmüsahibə mərhələsinə start verilib.
Təşkilat Komitəsindən Trend-ə verilən məlumata görə, proqramda iştirak üçünmüraciət edən 16 min namizəd arasından ilkin seçim mərhələsiniuğurla keçən təxminən 10 min nəfərin müsahibələrə dəvət olunmasınəzərdə tutulur.
Bildirilib ki, ümumi müraciətlərin təxminən 1500-ü xarici ölkəvətəndaşlarından daxil olub.
Müsahibə mərhələsi WUF13 çərçivəsində peşəkar, məsuliyyətli vəyüksək motivasiyaya malik könüllü heyətin formalaşdırılmasıistiqamətində mühüm addım hesab olunur. Bu mərhələnin əsas məqsədinamizədlərin bilik və bacarıqlarını, ünsiyyət və komanda işi üzrəhazırlıq səviyyəsini, eləcə də motivasiyalarını qiymətləndirməkdir.Müsahibələr mərhələli şəkildə keçiriləcək və seçim prosesi şəffaf,obyektiv və ədalətli prinsiplər əsasında aparılacaq.
Müsahibə mərhələsini uğurla başa vuran namizədlər təlimproqramına cəlb ediləcəklər. 2026-cı ilin yanvar–aprel aylarınıəhatə edəcək bu proqram üç əsas istiqamət üzrə hazırlanıb: ümumiməlumatlandırma, iş bölgüsü və məkan üzrə hazırlıq. Təlimlərkönüllülərin Forum müddətində öz vəzifələrini effektiv və peşəkarşəkildə icra etmələrinə imkan yaradacaq. Təlim proqramını uğurlatamamlayan 2500 könüllü Forumun müxtəlif istiqamətləri üzrəfəaliyyət göstərəcək.
WUF13 könüllüləri Forum müddətində qonaqların qarşılanması vəqeydiyyat prosesinə dəstək göstərilməsi, informasiya xidmətlərinintəşkili, sessiya və sərgi məkanlarında təşkilati işlərə yardım,mədəni proqramların koordinasiyası və digər mühüm istiqamətlər üzrəcəlb olunacaqlar.
Könüllülük Proqramı gənclərin bilik və bacarıqlarınıninkişafına, beynəlxalq təcrübə qazanmasına və çoxmədəniyyətlimühitdə əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfəverəcək.
Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası buil 17-22 may tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək.WUF13 hər kəs üçün açıq beynəlxalq platformadır və Forumda iştiraködənişsizdir. WUF13-də iştirak üçün qeydiyyat prosesi ötən ilinsentyabr ayından etibarən BMT-nin Məskunlaşma Proqramının(UN-Habitat) rəsmi internet səhifəsi vasitəsilə həyatakeçirilir.