AZ

Bu bölgələrə hazırda güclü QAR YAĞIR

Hazırda Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır.

Doğru.az xəbər verir ki, kəskin hava şəraiti səbəbindən yollarda bəzi çətinliklər müşahidə edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Oxu.Az-a verilən məlumata görə, Qax-Zaqatala, Şəki-Qax, Qax-İlisu avtomobil yollarında, həmçinin Qax şəhərinin giriş yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi tədbirləri davam etdirilir.

Bundan başqa, Qəbələ-Laza avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi işləri aparılır.

Eyni zamanda, Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, həmçinin ərazi üzrə yerli əhəmiyyətli avtomobil yollarında körpülərin üzərində buzlaşma qeydə alınıb.

Agentlik tərəfindən körpülərin üzərində buzlaşmaya qarşı tədbirlər görülür, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilir.

Mənbə: Oxu.az

Seçilən
42
12
dogru.az

10Mənbələr