AZ

Təbrizdə etirazlar zamanı azərbaycanlı futbolçu və xanımı öldürülüb - Foto

Anti-hökumət aksiyaları zamanı məşhur “Traktor” klubunun futbolçusu və həyat yoldaşı qətlə yetirilib...

Poliqon xəbər verir ki, Cənubi Azərbaycanda, Təbriz şəhərində keçirilən anti-hökumət etirazları zamanı məşhur azərbaycanlı futbolçu Mucitaba Tərşsiz və həyat yoldaşı rejimin təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib.

Tərşsiz İranın populyar “Traktor” komandasında yarımmüdafiəçi kimi çıxış edirdi.

Məlumata görə, futbolçu və həyat yoldaşı etiraz aksiyalarına qoşulublar və barikadalar zamanı həlak olublar.

Hadisə etirazçılar arasında narazılığın artdığı bir dövrdə baş verib və yerli sakinlər tərəfindən də təsdiqlənib.

Tərşsizin ölümü Cənubi Azərbaycanda insan haqları və azadlıqlar uğrunda mübarizənin simvolu kimi dəyərləndirilir.

Poliqon.info

Seçilən
87
34
poliqon.info

10Mənbələr