
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.Ulusum.az xəbər verir ki, müraciətdə bildirilir ki, hazırda ölkənin bir sıra ərazilərində, xüsusilə Abşeron yarımadasında güclü və arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə yağıntılar müşahidə olunur. Mövcud hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə risklər yaradır.Bununla əlaqədar olaraq yol polisi bütün yol hərəkəti iştirakçılarını son dərəcə diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyə çağırır.Xüsusilə xahiş olunur:hava və yol şəraitinə uyğun təhlükəsiz sürət rejiminə riayət edilsin;nəqliyyat vasitələri arasında məsafə və yan interval qorunsun;manevr zamanı, xüsusilə güclü külək və sürüşkən yol şəraitində ehtiyatlı davranılsın;işıqlandırma cihazlarından düzgün istifadə edilsin.Eyni zamanda qeyd olunur ki, belə hava şəraitində piyadalar daha həssas vəziyyətdə olurlar. Sürücülərdən piyada keçidlərinə, ictimai nəqliyyat dayanacaqlarına və yaşayış məntəqələrinə yaxın ərazilərdə xüsusi diqqət göstərilməsi xahiş olunur. Yolun su yığılan hissələrindən keçərkən piyadaların üzərinə su sıçratmaq yolverilməzdir və bu cür davranış təhlükə yaradır.Müraciətin sonunda vurğulanır ki, yol polisi bütün yol hərəkəti iştirakçılarını qarşılıqlı hörmətə, məsuliyyətə və ehtiyatlılığa çağırır. Qaydalara əməl olunması və diqqətli davranış çətin hava şəraitində yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm rol oynayır.
Diqqət Çəkənlər
Yardımlı rayonunda həkim vəfat edib
Biləsuvarda zəlzələ oldu
Misir təyyarəsi Ermənistandan keçməklə Azərbaycana gəlib