“Bir neçə saat sonra Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq”.
Busaat.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
Onun sözlərinə görə, Amerika Prezidenti Tramp İranın dialoq çağırışını yarıda qoyaraq bildirdi ki, orda bir nəfər də ölsə, müdaxilə edəcəyəm:
“Və budur, Amerika prezidenti etirazçılara dəstəyin yolda olduğunu açıqladı. Bütün qonşu dövlətlər hava məkanlarını və təyyarə reyslərini bağladılar. Bütün qərb dövlətləri vətəndaşlarına sürətlə Türkiyə və Azərbaycan vasitəsilə ölkədən çıxmağa səslədi. Bəzi məlumatlara görə, rejim tərəfindən öldürülən şəxslərin sayı 12-20 min nəfərə çatıb”.//globalinfo.az