AZ

Pianoçumuzun albomu beynəlxalq musiqi platformalarında

Yazını böyüt
Yazını kiçilt

Müasir musiqi ifaçısı kimi tanınan istedadlı pianoçu Humay Qasımzadənin albomu Amerika Bəstəkarları Forumunun məşhur “İnnova Recordings” səsyazma şirkəti tərəfindən seçilərək dünyada tanınan “Apple music”, “Amazon music”, “Spotify” və digər musiqi platformalarında yerləşdirilib.

Hafta.az xəbər verir ki, azərbaycanlı pianoçunun bu platformalarda təbliğ edilən ifasına müasir Azərbaycan bəstəkarlarının solo fortepiano üçün yazdığı əsərlər daxildir.

Albomda Türkər Qasımzadənin hazırlanmış fortepiano və canlı elektronika üçün yazılmış "Zikr", Tahir İbişovun "Keçmişin çalarlarının kətan üzərində sezilməyən oyunları", Ayaz Qəmbərlinin "Riqa yağışda", Elmir Mirzoyevin "5 üslub", Said Qəninin "Toccata (“Dəmiri isti-isti döyərlər)" əsərləri yer alır.

“İnnova” səsyazma şirkəti Humay Qasımzadənin bu albomunu tanınmış amerikalı musiqişünaslara rəy yazıları üçün də təqdim etməyi planlaşdırıb.

Seçilən
109
hafta.az

1Mənbələr