Laçın şəhərində yeni yaşayış məhəlləsi salınacaq
NOCOMMENT.az-ın məlumatına görə, layihəni Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti reallaşdıracaq.
Layihə çərçivəsində çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulur. İşlərin ümumi ehtimal olunan dəyəri 49 milyon 970 min manatdan çoxdur.
Qeyd edək ki, tikinti işləri Laçın şəhərində yaşayış infrastrukturunun bərpası və əhalinin məskunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. (BAKU.WS)