AZ

Bakıda qadın dəm qazının qurbanı oldu

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda daha bir nəfər dəm qazından vəfat edib.

Milli.Az xəbər verir ki, bədbəxt hadisə Nəsimi rayonu 3-cü Alatava yaşayış sahəsində qeydə alınıb.

1962-ci il təvəllüdlü Züleyxa Bayramova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, hər il qış mövsümündə ölkədə onlarla insan dəm qazının qurbanı olur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
5
news.milli.az

6Mənbələr