AZ

Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə “Banklarda bazar risklərinin idarə edilməsi Qaydası” təsdiq edilib.

Mərkəzi Bankın məlumatına görə, Bazel III standartlarına uyğunlaşma ilə yanaşı, yeni tənzimləmə çərçivəsi banklarda bazar risklərinin müəyyənləşdirilməsi, ölçülməsi, monitorinqi və idarə edilməsinə dair vahid və mütərəqqi tələbləri müəyyən edir.

Qaydada banklarda bazar risklərinin idarə edilməsi sistemi, siyasəti və qaydaları üzrə tələblər, bazar riskinin ayrı-ayrı növləri (faiz dərəcəsi, valyuta, kapital və əmtəə riski) üzrə risklərin ölçülməsi metodları, monitorinq və hesabatlıq nəzərdə tutulur. Qayda, həmçinin, faiz dərəcəsi, valyuta, kapital və əmtəə risklərinin daha dəqiq müəyyən edilməsinə və ölçülməsinə imkan yaradacaq. Bununla yanaşı, xüsusilə bank kitabından yaranan faiz dərəcəsi riskinin (IRRBB) qabaqcıl yanaşmalar əsasında idarə olunması təmin ediləcək. Bu isə bazar dəyişikliklərindən irəli gələn mümkün itkilərə qarşı bank sektorunun dayanıqlılığını gücləndirəcəkdir.

Qaydanın tam mətni ilə qeyd edilən link vasitəsilə tanış olmaq olar: https://e-qanun.az/framework/61170

Seçilən
7
2
vergiler.az

3Mənbələr