AZ

Deputat Səməd Seyidovun kürəkəni PASHA Holding”dən uzaqlaşdırılıb

ain.az bildirir, Mia.az portalına istinadən.

"PASHA Holding” MMC-nin tərkibində fəaliyyət göstərən onlayn ticarət platforması "Birmarket”ə (əvvəlki adı Umico) yeni direktor təyin edilib.

Mia.az 7NEWS.az-a istiandla xəbər verir ki, "PashaPay” MMC-nin sabiq sədri Samir Məmmədov Sabir oğlu, "Competo” MMC-nin, yəni "Birmarket”in direktoru təyin edilib.

Samir Məmmədov bu vəzifədə Rauf Qulaməliyev İlham oğlunu əvəz edib.

Qeyd edək ki, "Competo” MMC 2018-ci ildə təsis edilib və hazırda şirkətin 178.38 milyon manat nizamnamə kapitalı mövcuddur. "Birmarket” platforması istifadəçilərə müxtəlif kateqoriyalar üzrə məhsulların onlayn sifarişi, çatdırılması və loyallıq proqramları vasitəsilə alış-veriş imkanı təqdim edir.

Sayt yazır ki, Rauf Qulaməliyevin "Umico" rəhbərliyindən uzaqlaşdırılmasının sensasiyalı səbəbi olub. İddiaya görə onun öz işçisi ilə, iş otağında, qeyri-etik hərəkətləri ifşa edilib.

Məsələ ilə bağlı şirkətə rəsmi sorğu göndərilsə də, cavan veriləməyib.

Xatırladaq ki, R.Qulaməliyev deputat Səməd Seyidovun kürəkənidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
2
mia.az

3Mənbələr