AZ

Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Bakı, 14 yanvar, AZƏRTAC

Azərbaycanlı hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.

AZƏRTAC xəbər verir ki, o, qadın voleybolçuların Çelenc Kubokunun 1/8 final mərhələsində Serbiyanın “Srvena Zvezda” və Danimarkanın “Holte IF” komandaları arasında keçiriləcək qarşılaşmada ikinci hakim olacaq. Matçın baş hakimi vəzifəsini xorvatiyalı Ana Stipanicev yerinə yetirəcək.

Qeyd edək ki, oyun yanvarın 15-də Serbiyada keçiriləcək.

Seçilən
50
10
azertag.az

10Mənbələr