AZ

Qanunsuz silah ƏMƏLİYYATI: evlərdən 9 avtomat, 2 qumbaraatan, 5 qumbara çıxdı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
 
Bu barədə Moderator.az-a nazirliyin mətbuat xidmətindən bildirilib.
 
Məlumata görə, yanvarın 13-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 9 avtomat silahı, 3 tapança, 2 qumbaraatan, 5 qumbara, 26 tüfəng, 18 patron darağı və 1286 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
 
Seçilən
68
49
moderator.az

10Mənbələr