Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ötən gün polis əməkdaşları 14 avtomat silahı, 3 pulemyot aşkar ediblər.
Reyting.az xəbər verir ki, bunu Azərbaycan Daxili İşlər Nazirliyindən bildiriblər.
Məlumata görə, yanvarın 14-də polis əməkdaşları paytaxtda, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 14 avtomat silahı, 3 pulemyot, 1 tapança, 2 qumbara, 3 qumbaraatan, 2 alışdırıcı, 25 tüfəng, 5 patron darağı və 291 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.