AZ

Zaqatalada qarın hündürlüyü 30 sm-dir - FAKTİKİ HAVA

Yanvarın 14-ü saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir. Dağlıq və dağətəyi rayonlarda qar yağır. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir.

Bu barədəMilli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Yağan qarın hündürlüyü Əlibəydə (Zaqatala) 30, Şahbuzda 29, Sarıbaşda (Qax) 23, Qubada 20, Şəkidə 15, Kəlbəcərdə 13, Laçın, Xınalıq, Qubadlı və Qusarda 10, Xaltan və Şahdağda 9, Altıağac və Gədəbəydə 8, Zaqatalada 6, Şuşada 5, Xankəndi, Qobustan və Daşkəsəndə 4, Şamaxı və Sədərəkdə 3, İsmayıllı və Şərurda 2, Balakən və Xocalıda isə 1 sm-dir .

Bir sıra ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 26, Neftçalada 24, Gəncə, Tərtərdə 20, Ağstafa, Şəmkirdə 18, Bərdədə 16, Yevlaxda 15 m/s-dək güclənir.

Quba, Qusar, Şəki, Qax, Göygöl, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Seçilən
40
30
aznews.az

10Mənbələr