AZ

Büdcədən geri ödəmə 352 milyon manat!

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ötən ilin yanvar–dekabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə, ümumilikdə, 352 milyon 409,8 min manat məbləğində vəsait geri qaytarılıb.

Maliyyə Nazirliyinin məlumatlna əsasən, geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə, mədəniyyət və tibbi xidmətlərə, işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, eləcə də artıq ödənilmiş digər vergilər, dövlət rüsumları və ödənişlər də geri qaytarılıb.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
24
xalqqazeti.az

10Mənbələr