Erik ten Haqın yeni iş yeri müəyyənləşib. “Mançester Yunayted” və “Bayer-04”ün keçmiş baş məşqçisi “Tvente”nin texniki direktoru təyin olunub.
"Football-plus.az" xəbər verir ki, Niderland klubunun mətbuat xidmətinin məlumatına görə, 55 yaşlı mütəxəssislə müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb. Yeni vəzifəsinə fevralın 1-də başlayacaq Ten Haq Yan Ştrüeri əvəz edəcək.
Qeyd edək ki, Ten Haq futbolçu kimi 1989-90, 1992-94 və 1996-2002-ci illərdə “Tvente”də oynayıb. O, həmçinin 2002-ci ildə klubun 17 yaşadək komandasının baş məşqçisi kimi debüt edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta