Banco.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Ölkənin aktivlərinin həcminə görə ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) 2025-ci ili 335 milyon 693 min manat xalis mənfəətlə başa vurub.
Banco.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ABB-nin xalis mənfəəti illik müqayisədə 41 milyon 961 min manat və ya 14,3% artıb.
Hesabat dövründə ABB-nin aktivləri 13 milyard 626 milyon 903 min manata bərabər olub.
Bankın kredit porfeli isə 7 milyard 79 milyon 984 min manat təşkil edib. Bu da 2024-cü illə müqayisədə 729 milyon 183 min manat və ya 11,5% çoxdur.
Qeyd edək ki, ABB-nin depozit porfeli ötən ilin dekabr ayının sonuna 8,9 milyard manat olub. Bunun da 3 milyard 404 milyon 277 min manatı fiziki şəxslərin depozitləri, 5 milyard 488 milyon 603 min manatı isə hüquqi şəxslərin depozitləri olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.