AZ

Azərbaycan futzal millisinin heyəti açıqlanıb

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Yanvarın 18-dən 24-dək Bakıda Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq.

Azərbaycan Futzal Federasiyasından 525.az-a bildirilib ki, baş məşqçi Yevgeni Kukseviç hazırlıq prosesinə 4-ü qapıçı olmaqla ümumilikdə 19 futzalçı dəvət edib. Yığma toplanış zamanı yanvarın 22-də və 24-də Bakı İdman Sarayında Danimarka yığması ilə yoldaşlıq oyunları keçirəcək.

Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli (hər ikisi “Araz-Naxçıvan”), Cavad Məmmədov (“Baku Fire”), Kamran Hacıyev (“Neftçi” İK)

Oyunçular: Ədalət Ələkbərov, Nurlan Məmmədov, Qüdrət Qasımzadə, Ülvi Əliyev (hamısı “Araz-Naxçıvan”), Eldar Zeynalov, Fərid Abbasov, Kənan Manafov, Novruz Kazıxanov, Oktay Rüstəmli, Tofiq Mikayılov, Murad Quluzadə (hamısı “Baku Fire”), Emil Həsənzadə, Fərid Atakişiyev, Nihad İsmayılov, Tofiq Əliyev (hamısı “Neftçi” İK).

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
12
525.az

10Mənbələr