AZ

Ali təhsildə məntiqin rolu və əhəmiyyəti: AÇIQLAMA

Ali təhsil müəssisələrində isə vəziyyət nisbətən fərqlidir. Bir sıra ixtisaslarda – xüsusilə fəlsəfə, hüquq, pedaqogika, informatika və riyaziyyat yönümlü sahələrdə məntiq və ya məntiqə yaxın fənlər tədris olunur. Amma bu da ümumi xarakter daşımır və bütün tələbələri əhatə etmir. Əslində isə məntiq yalnız müəyyən ixtisasların deyil, bütün ixtisas sahiblərinin ehtiyac duyduğu əsas bacarıqlardandır.

Bu fikirləri Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli QHT.az-a bildirib. Onun sözlərinə görə, müasir dövrdə informasiya bolluğu, sosial şəbəkələrdə yanlış məlumatların sürətlə yayılması və emosional qərarvermənin artması fonunda məntiqi düşüncə bacarığı həyati əhəmiyyət daşıyır. Məktəbdə və universitetdə məntiqin sistemli şəkildə tədrisi şagirdlərə tənqidi düşünməyi, arqument qurmağı, faktla rəyin fərqini ayırd etməyi və sağlam mövqe formalaşdırmağı öyrədir:

"Bu baxımdan hesab edirəm ki, məntiq fənninin ya ayrıca fənn kimi, ya da daha güclü və məqsədli məzmunla kurikuluma inteqrasiya olunmasına ciddi ehtiyac var. Dünya Məntiq Günü bizə bir daha xatırladır ki, güclü təhsil yalnız bilik ötürən deyil, düşünən, sorğulayan və əsaslandıran insan yetişdirən təhsildir. Məntiq isə bu prosesin mərkəzində dayanmalıdır".

Seçilən
23
qht.az

1Mənbələr