AZ

Azərbaycanda oxuyan xarici tələbələr hansı ölkələrdəndir? - STATİSTİKA

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı artır.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024–2025-ci tədris ilində dövlət və özəl ali təhsil müəssisələrində bakalavr və magistratura səviyyələrində 7472 nəfər xarici vətəndaş təhsil alır. Onların 1175 nəfəri MDB ölkələrinin, 6297 nəfəri isə digər dövlətlərin vətəndaşlarıdır. Bu göstərici ötən il 6680 olub. 

MDB ölkələri arasında Azərbaycanda ən çox tələbə Rusiya Federasiyasından qeydə alınıb,- 794 nəfər. Ardınca Türkmənistandan 107, Qazaxıstandan 80, Tacikistandan 70, Ukraynadan 57, Özbəkistandan 38, Qırğızıstandan 16, Belarusdan 8 və Moldova Respublikasından 5 nəfər gəlir.

Digər ölkələr üzrə statistikada Türkiyə açıq üstünlüyə malikdir. 2024–2025-ci tədris ilində Türkiyədən 3477 nəfər tələbə Azərbaycanda ali təhsil alır. Sonrakı yerlərdə İran İslam Respublikasından 942 və Gürcüstandan 668 nəfər qərarlaşıb.

Asiya ölkələrindən Hindistandan 305, Pakistandan 180, Çindən 58, Banqladeşdən 19, Şri-Lankadan 8, Malayziyadan 2, Monqolustandan 1, Yaponiyadan 1, Vyetnamdan 1, Tailanddan 1 və Koreya Xalq Demokratik Respublikasından və Cənubi Koreyadan 1 nəfər tələbə Azərbaycanda təhsil alır. 

Yaxın Şərq ölkələri üzrə İranla yanaşı Suriyadan 148, İraqdan 53, Əfqanıstandan 43, İordaniyadan 28, Fələstindən 16, İsraildən 6, Səudiyyə Ərəbistanından 4, Küveytdən 3, Omandan 2 və Yəməndən 29 nəfər Azərbaycanda ali təhsil alır.

Afrika qitəsindən gələn tələbələrin coğrafiyası da kifayət qədər genişdir. Nigeriyadan 94, Sudandan 35, Misirdən 29, Qanadan 6, Qambiyadan 5, Zimbabvedən 4, Liviyadan 4, Mozambikdən 4, Liberiyadan 3, Mərakeşdən 3, Zambiyadan 2, Somalidən 2, Uqandadan 2, Keniyadan 2, Kamerundan 1, Malavidən 1 və Mavrikiyadan 1 nəfər tələbə bu siyahıda yer alır.

Avropa ölkələri sırasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından 6, Almaniyadan 5, Bolqarıstandan 3, Latviyadan 4, Litvadan 2, Yunanıstandan 2, Kiprdən 2 və Niderlanddan 2 tələbə qeydə alınıb. Amerika qitəsindən ABŞ-dan 10, Kanadadan 2, Meksikadan 2 və Kolumbiyadan 1 nəfər tələbə Azərbaycanda ali təhsil alır.


 

Seçilən
21
2
modern.az

3Mənbələr