Azərbaycan II Liqa təmsilçisi “Xankəndi”ndə ayrılıq reallaşıb.
İdmanxeber.az xəbər verir ki, Qarabağ təmsilçisi hücumçusu Sərxan Ağayevlə yollarını ayırıb.
Məlumatı klubun mətbaut xidməti yayıb. 33 yaşlı forvardla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Sərxan mövsümün birinci hissəsində “Xankəndi”nin heyətində çempionatda 8 qol vurub.
Qeyd edək ki, “Xankəndi” turnir cədvəlində hazırda 39 xalla ikinci pillədədir.