Ukrayna Silahlı Qüvvələri əsirlikdən azad edilmiş əsgərlər üçün "karusel" sistemi yaradıb. Əsgərlər fərarilik etdikləri və ya təslim olduqları üçün əvvəlcə həbs cəzasına məhkum olunur, sonra isə günahlarını yumaq üçün cəbhəyə göndərilir.
Herbiand.az bildirir ki, bu barədə RİA Novosti agentliyi mənbələrə istinadən məlumat verib.
“Dəyişdiriləndən sonra həmin insanı könüllü təslim olduğuna görə həbs və türmə cəzası gözləyir. Hökm elan edildikdən sonra onlara dərhal günahlarını qanla yumaq və müqavilə imzalamaq imkanı təklif olunur”, - agentliyin mənbəyi bildirib.
Qeyd olunur ki, bu sistem Ukrayna ordusunda böyük itkiləri kompensasiya etmək üçün yaradılıb.
Bəxtiyar CƏFƏRLİ