
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ofsayd qaydasının dəyişdirilməsi təklifini qəbul etməyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Məlumata görə, daha əvvəl İspaniyanın “AS” qəzeti Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) yanvarın 20-də ofsayd qaydalarını dəyişdirməyi nəzərdən keçirəcəyini bildirmişdi.