Lənkəranda avtoyumanın palçığı çəpər kənarından yola dağılır.
Vətəndaşların NOCOMMENT.az -ın Cənub bürosuna verdiyi xəbərə görə, rayonun Şiləvar kəndində, 18 məhəllə deyilən ərazisində yerləşən avtoyuma məntəqəsinin palçığı işçilər tərəfindən çəpər kənarına tökülür.
Çəpər kənarına yığılan palçıq yağış suları nəticəsində yola dağılır və hərəkətə mane olur.
Sakinlər aidiyyəti qurumlardan xahiş edir ki, avtoyuma məntəqəsi sahibinə göstəriş versinlər ki, palçıq daşınıb başqa əraziyə aparılsın.
Videonu təqdim edirik: