AZ

“Ana dili – Azərbaycan məktəbi”: xaricdə yaşayan soydaşlarımız üçün II yarımil üzrə Ana dili dərslərinə başlanılır (VİDEO)

Bakı. Trend:

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən xariciölkələrdə yaşayan azərbaycanlı uşaqlar üçün həyata keçirilən “Anadili – Azərbaycan məktəbi” layihəsinin 2025–2026-cı tədris ilininII yarımili üzrə qeydiyyat prosesinə start verilib.

Qeydiyyat üçün son müraciət tarixi 28 yanvar 2026-ci ildir.Qeydiyyata keçid: https://anadili.agma.az/

Nəzərinizə çatdırırıq ki, II yarımil üzrə dərslərin 1 fevral2026-cı il tarixində başlaması planlaşdırılır.

Xatırladaq ki, sözügedən layihə ölkəmizdən kənarda yaşayansoydaşlarımızın Azərbaycan dilini məsafədən öyrənmələrini, anadilini qoruyub saxlamalarını və milli-mədəni dəyərlərimizəbağlılıqlarının gücləndirilməsini hədəfləyən sosial-təhsil yönümlütəşəbbüsdür.

“Ana dili – Azərbaycan məktəbi” müxtəlif yaş qruplarını vəfərqli dil bilik səviyyələrini əhatə edən onlayn tədris modeliəsasında fəaliyyət göstərir. Layihədə iştirak etmək istəyən şəxsləryaş qrupları, Azərbaycan dilini bilmə səviyyələri və yaşadıqlarıölkələrin vaxt zonalarına uyğun şəkildə formalaşdırılan qruplaracəlb olunurlar. Bu məqsədlə iştirakçılar əvvəlcədən qısa dilsəviyyəsi yoxlamasından keçirilirlər. Tədris prosesi təcrübəli vəixtisaslı müəllimlər tərəfindən interaktiv təlim metodlarıəsasında, əvvəlcədən müəyyən edilmiş qrafik üzrə həftədə 2–3 dəfə“Microsoft Teams” platforması vasitəsilə tam ödənişsiz formadatəşkil olunur.

Tədris proqramı yalnız dil bacarıqlarının inkişafını deyil, eynizamanda Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası və mədəni irsihaqqında sistemli biliklərin aşılanmasını da əhatə edir.

Qeyd edək ki, proqramı uğurla bitirən şəxslərə Azərbaycan dilinibilmə haqqında müvafiq səviyyəyə uyğun sertifikat verilir.

Əlavə sual yaranarsa, aşağıdakı əlaqə vasitələrinə müraciətetmək mümkündür:

📥 Elektron poçt: [email protected],

📞 Əlaqə: +994 51 226 71 21 (WhatsApp, Telegram)

Seçilən
45
18
az.trend.az

10Mənbələr