AZ

Doğma yurdumuzda ilk qonağımız ölkə başçısı oldu

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ağdərə rayonunun Aşağı Oratağ kənd sakini Anar Rüstəmov uzun illər işğal altında qalan kəndinə 33 ildən sonra qayıtmasından danışıb.

Axar.az o, Teleqraf-a açıqlamasında sevincini bu cür ifadə edib:

“Şükür bu günümüzə, 33 ildən sonra dədə-baba yurdumuza qayıtmışıq. Bura qayıtmağımızın səbəbkarı olan qaziləriməz can sağlığı arzulayır, şəhidlərimizə rəhmət diləyirəm. Sevindiricidir ki, doğma yurdumuzda ilk qonağımız ölkə başçısı və onun ailəsi oldu. Bu hal biz sakinlərin üzərində daha böyük məsuliyyət qoyur. Allah cənab Prezident və onun ailəsini daim qorusun”.

Anar Rüstəmov əlavə edib ki, kənd işğal olunanda ailəsi 10 nəfərdən ibarət olub, indi o, ailə başçısı kimi 5 ailə üzvü ilə doğma yurduna qayıdıb:

“Bundan sonra kəndimizin dirçəlməsində daha çox çalışacağıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
axar.az

1Mənbələr